Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

16 yaşlı qızı qaçırtdığı iddia edilən axund DANIŞDI: "Boşanmışa qız vermərik" demişdilər"
Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirov deyir ki, qızın ailəsi onun boşanmış olmasını qəbul etməyib:
"Qızı bəyəndikdən sonra elçilərimi göndərmişəm. "Boşanmışa qız vermərik" deyərək, imtina ediblər".
Ətraflı Baku TV-nin süjetində:

Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu qız qaçırıb.
İddialara görə, həmin məscidin axundu Turab Tahirov "Quran" dərsi almağa gələn 16 yaşlı qızı qaçırıb. Onun yeniyetməni Göyçay rayonunun Qaraməryəm kəndinə apardığı bildirilir.
"Həmin adam tutulmalıdır. Məsciddə qızı yoldan çıxarıbsa, başqa şeylər də edə bilər. Ayıbdır, atası ilə yaşıddır, götürüb 16 yaşlı qızı aparıb. Bu, bizim millətə yaraşan hərəkət deyil", - qaçırılan qızın qohumu söyləyib.
Qaçırıldığı iddia olunan qız sosial media hesabında paylaşım edərək bildirib ki, öz razılığı ilə, heç bir zorakılıq göstərilmədən ailə qurmaq məqsədilə Turab Tahirovla birlikdə gedib.
Yeniyetmənin atası Emin Babayev isə mediaya açıqlamasında qızının dini təhsil almaq üçün məscidə getdiyini və ali təhsil almaq arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, 37 yaşlı Turab Tahirov qızını zorla qaçırıb. Qızı sosial şəbəkə vasitəsilə Göyçayda olduğunu, ona toy edəcəklərini bildirib. Emin Babayev baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:

"Qız qaçırma" teqi üzrə xəbərlər
- Yardımlıda müəllim yanına hazırlığa gələn qız qaçırıldı
- 16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
- Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı - TƏFƏRRÜAT
- Salyanda qızı qaçıranlar onun atasının başını yardılar
- 15 yaşlı qızı zorla qaçırdı: "Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin"