İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasında (ÇL) 16 ildən sonra antirekordunu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, bu, Madrid təmsilçisinin İngiltərədə "Arsenal"a 1/4 final mərhələsinin ilk oyununda 0:3 hesabı ilə uduzması ilə gerçəkləşib.
"Kral klubu" Çempionlar Liqasında ardıcıl iki matçda əsas vaxtda qol vura bilməyib. Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsinin cavab qarşılaşmasının əsas və əlavə vaxtında "Atletiko Madrid"ə uduzub (0:1), daha sonra penaltilər seriyasında (4:2) qalib gəlib.
Qeyd edək ki, "Real Madrid" son olaraq 16 il əvvəl, 2009-cu ilin martında 1/8 final mərhələsinin hər iki görüşündə "Liverpul"a yenilmişdi - 0:1, 0:4.