Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rəsul Çunayevdən qızıl medal təxminləri: "İki nəfər üçün son olimpiadadır"
"Sabah Şəriəti və Murad Məmmədovla yanaşı, digər güləşçilərin də medal qazanacaqlaırnı gözləyirəm".
Bunu Oxu.Az-a açıqlamasında dünya çempionu və Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev deyib.
Onun fikrincə, iki idmançımız üçün olimpiya oyunları sonuncu olduğuna görə onlar əllərindən gələni əsirgəməyəcəklər:
"Güləşçilərimizin çıxışını çox böyük səbirsizliklə gözləyirəm. Hər birinə ayrı-ayrılıqda uğurlar arzulamışam. Əminəm ki, hər biri medalla vətənə qayıdacaq. Güləşçilərimizin qızıl medal qazanaraq xalqımızı sevindirəcəklərinə inanıram.
Bu gün öncə Murad Məmmədov və Sabah Şəriəti döşəyə çıxacaqlar.
Murad Məmmədov qızıl medala layiqli güləşçidir. Sabah Şəriəti də son olimpiya oyunlarında iştirak etdiyi üçün qızıl medal qazanmaq üçün əlindən gələni edəcək.
Qadın güləşçimiz Mariya Stadnik həvəslə çıxış edəcəyi təqdirdə bütün rəqiblərinə qalib gələcək. Onun da olimpiya oyunlarındakı son çıxışı olduğu üçün Fransadan qızıl medalla qayıtmağa çalışacaq".
Rəsul Çunayev əlavə edib ki, bütün güləşçilərimizin kifayət qədər təcrübəsi var və uğurlu olacaqlarına səmimi-qəlbdən inanır.
Anar Həsənov
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
Rəylər