Fransanın “Kan” klubunun qapıçısı Remi Verkutr XX turun “Lill” ilə oyununda qeyri-adi vəziyyətdən meydandan qovulub.
Oxu.Az xəbər verir ki, 43-cü dəqiqədə hesabı açan “Lill”in əslən Fil Dişi Sahilindən olan hücumçusu Nikolya Pepe vurduğu qolu robot kimi bayram edib.
Bu isə Verkuatrı əsəbləşdirib və həmin oyunçu ilə mübahisə edib. Daha sonra o, bu barədə görüşün baş hakimi Yoan Amelə müraciət edib. Qapıçı bildirib ki, bu rəqslə o, “Kan” azarkeşlərini təxribata sürükləyir.
Hakim isə Remi Verkuatrın hərəkətinə sərt reaksiya verib və ona qırmızı vərəqə göstərib.
Qeyd edək ki, bu oyun “Lill”in 1:0 qələbəsi ilə yekunlaşıb.
S.T.
www.oxu.az