2026-cı il dünya çempionatının E qrupunda II turun Almaniya - Kot-d'İvuar oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, Kanadanın Toronto şəhərindəki "BMO Field" stadionunda keçirilən qarşılaşma Almaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 30-cu dəqiqədə Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Frank Kessi açıb. Almaniya millisinin hücumçusu Deniz Undav 68-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün taleyini əlavə vaxtda vurulan qol həll edib. 90+4-cü dəqiqədə fərqlənən Deniz Undav dubla imza ataraq komandasına qələbə qazandırıb.
İki turdan sonra Almaniya millisi 6 xalla E qrupunun lideridir. Kot-d'İvuar yığması isə 3 xalla ikinci pillədə qərarlaşıb. Beləliklə, Almaniya yığması pley-off-a yüksəlir.