UFC prezidenti Dana Uayt Ronda Rouzi və Holli Holm arasında cavab görüşünün keçiriləcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, o, həmçinin qeyd edib ki, bu idmançılar arasında ilk görüşdə məğlub olan Rouzi ikinci görüşə layiqdir.
“Rouzi cavab görüşünə layiqdir, axı o, uzun müddət məğlubedilməz olub. Hamı ikinci görüşü gözləyir. Bu görüş olacaq”, - FoxSports UFC rəhbərinin sözlərindən sitat gətirib.
Xatırladaq ki, Holm ilə görüşdə Rouzi karyerasında ilk dəfə məğlub olub. Görüşdən sonra o, xəstəxanaya yatırılıb.
F.H.
www.oxu.az