İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, bu nəticə komandanın I turda evdə "Arsenal"a uduzması ilə qeydə alınıb.
Mütəxəssis "qırmızı şeytanlar"la 15-ci məğlubiyyətini (yeddi qələbə, altı heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalar arasında 2009-cu ildən bəri ən pis nəticədir.
2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.