Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya millisində çalışmış mütəxəssis "Sabah" klubunda işləyəcək
"Sabah"ın baş məşqçisi Vasili Berezutskinin daha bir köməkçisi müəyyənləşib.
Sport24.az-ın məlumatına görə, Aleksey Antonyuk bundan sonra "bayquşlar"ın qapıçılar üzrə məşqçisi funksiyasını icra edəcək.
40 yaşlı mütəxəssis buna qədər Rusiyanın I Liqa təmsilçisi "Rodina"da çalışıb.
Rusiya klubu açıqlama yayaraq Antonyukun "Rodina"nı tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib.
Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqkatsev ("Krasnodar"ın və Rusiya millisini qapıçısı) və Matfey Safonov (hazırda PSJ-də oynayır) kimi futbolçular yetişdirib.
Antonyuk 2023-cü ildə Rusiya millisində də məşqçi işləyib.
Qeyd edək ki, Vasili Berezutski bunadək Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürmüşdü.
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah" millinin üzvünü əvəzedici komandaya göndərib?
- Misli Premyer Liqasının XXII turunu izləyən azarkeşlərin ümumi sayı bəlli olub
- Azərbaycan millisinin ukraynaəsilli yarımmüdafiəçisi "Sabah"ın əvəzedici komandasına göndərilib
- Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"
- Misli Premyer Liqasında qış transfer pəncərəsi bağlandı