Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində təmsilçimiz "Sabah"ın qonağı olacaq Danimarkanın "Orhus" klubu Bakıya ciddi itki ilə gəlib.
Oxu.Az xəbər verir ki, rəqib komanda həlledici matçda əsas mərkəz müdafiəçisi Frederik Tinqaqerin xidmətlərindən yararlana bilməyəcək.
Belə ki, 33 yaşlı təcrübəli futbolçu zədə səbəbindən heyətdən kənarda qalıb. Qonaqların aparıcı üzvü ötən həftə "Lyunqbu"ya qarşı keçirilən yerli çempionat matçında sıradan çıxıb.
"Orhus"un baş məşqçisi Yakob Poulsen müdafiəçinin ayağından aldığı zədəyə görə Danimarkada qaldığını açıqlayıb.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" və "Orhus" komandaları arasındakı qarşılaşma bu gün saat 20:00-da start götürəcək.
