Yeni mövsümə hazırlığını Avstriyada davam etdirən “Sabah” son yoxlama oyununda Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç “sülh”lə başa çatıb - 1:1.
Hesabı 42-ci dəqiqədə “Sabah”ın hücumçusu Davit Volkov açıb. Lakin 64-cü dəqiqədə Georgios Masuras yunanların bərabərlik qolunu vurub.
11:32
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək.
Kematen stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” daha əvvəl Qətərin “Əs-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib. “Futuristlər” ikinci görüşündə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.