Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabiq icra başçısının qohumuna yüksək vəzifə verildi
Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə direktor təyinatı baş tutub.
Oxu.Az Prosport.аz-a istinadən xəbər verir ki, ötən ilin iyulunda "Neftçi"dən ayrılaraq bu vəzifəyə təyin olunmuş Tələt Məmmədov postundan ayrılıb.
Yeni direktor isə Elnur Nağdəliyevdir.
E.Nağdəliyev daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdən birində binaların idarəedilməsi üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ilin iyunun 22-də Beynəlxalq Daşınmaz Əmlakın İdarəedilməsi Assosiasiyası təşkilatı tərəfindən "CFM - Certified Facility Manager" sertifikasiyasını müvəffəqiyyətlə keçib. Bununla da E.Nağdəliyev Qafqaz ölkələri arasında IFMA-nın bu dərəcəsi üzrə sertifikatını əldə edən ilk şəxs olub.
Yeni direktor Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, hazırda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri işləyən, tarix elmləri doktoru Zeynal Nağdəliyevin yaxın qohumudur.
Qeyd edək ki, bu, Tofiq Bəhramov adına Respublika stadionunda son iki il ərzində üçüncü direktor təyinatıdır. Ötən ilin aprelində Tələt Məmmədovdan əvvəl Babək Hidayətov bu posta təyin olunmuşdu.
"Tofiq Bəhramov adına Respublika stadionu" teqi üzrə xəbərlər
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"
- Premyer Liqa: "Qarabağ" son dəqiqələrdə "Turan Tovuz"a uduzdu
- Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
- FKSB-nin baş məşqçisi: "Oyun çətin keçəcək"
- FKSB-nin futbolçusu: "Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dır"