Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sabir Zeynalov: "Bu cür yarışda iştirak etmək qürurverici hissdir"
"Əlimdən gələnin ən yaxşını edəcəyəm ki, 4 il sonra artıq Vətənə qızıl medalla qayıdım".
Oxu.Az xəbər verir ki, bunu Paris-2024 Paralimpiya Oyunlarının iştirak edən Azərbaycan millisinin taekvondoçusu Sabir Zeynalov (58 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.
"İndiki əsas hədəfim də çempionluq idi. Lakin bəzi səhvlərimə görə bu alınmadı. Düzdür, məyus oldum. Amma səhvlərdən dərs çıxarmaq lazımdır. Bütün bunların hamısı həm də bir təcrübədir".
Qeyd edək ki, Azərbaycanın parataekvondo millisi Paralimpiya Oyunlarını bir qızıl və bir bürünc medalla başa vurub.
Anar Həsənov
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb
Ən çox oxunanlar