"Neftçi" futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.
Oxu.Az xəbər verir ki, funksioner 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.
Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
"Neftçi", həmçinin S.Sadıqovun rəhbərliyi dövründə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubu olub. Belə ki, "ağ-qaralar" 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış və altı turun yekununda üç xal toplaya bilmişdi.