Uzun müddətdir başqa kluba transfer ediləcəyi gözlənilən Salifu Suma karyerasını "Malmö" klubunda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi ötən gün "Hayduk"la oyunöncəsi mətbuat konfransında futbolçu ilə yolları ayırdıqlarını rəsmən açıqlasa da, oyunçunun hansı kluba keçdiyini bildirməyib.
Yerli mediada yayılan xəbərlərə görə, 21 yaşlı hücumçu "Malmö" klubunun şərəfini qoruyacaq.
"Qartallar"ın bu transferdən nə qədər qazandıqları barədə dəqiq məlumat olmasa da, "Malmö"nün Suma üçün 1.2 milyon avrodan çox məvacib ödəyəcəyi güman edilir. Ödənilən pulun bir hissəsi, müqavilədəki bəndə görə onun əvvəlki klublarına çatacaq.