"Malmö"dən təklif gələndə videolara baxdım. Klubun azarkeşlərinin yaratdığı atmosferin necə olduğunu gördüm".
Oxu.Az xəbər verir ki, bunu Salifu Suma "Malmö" klubunun Mətbuat Xidmətinə açıqlamasında deyib.
"Çempionluğa oynayan və avrokuboklarda çıxış edən komandaya düşmək karyeramda atdığım ən böyü addımdır. Qvineyadan gəldiyimi nəzərə alsaq, mənim üçün böyük şeydir. Komandada hələ heç kimi tanımıram, ancaq klubun məndən gözləntilərini, klubun tarixini bilirəm. İlk növbədə əsas heyətə düşmək və sonra komandaya faydalı olmaq istəyirəm. Bu azarkeşlər qarşısında oynamağı səbirsizliklə gözləyirəm və motivasiyalıyam", - deyə S.Suma bildirib.
Qeyd edək ki, "Malmö" Salifu Sumanın keçidi üçün "Zirə"yə 1.3 milyon avro ödəyib.
"Zirə"nin futbolçusu Salifu Suma İsveçin "Malmö" klubuna transfer olub.
Oxu.Az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun keçidi ilə bağlı tərəflər arasında müqavilə bağlanılıb.
Klub Sumaya göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Zirə" iyulun 31-də Xorvatiyanın Split şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Hayduk"un qonağı olacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.