"Güləşçilərimiz U-20 Avropa çempionatında ikinci yeri tutdular. Lakin nəticə daha yüksək ola bilərdi".
Oxu.Az xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləşçilərinin baş məşqçisi Arif Abdullayev bildirib.
O, idmançılarının bəzi səhvlərə yol verdiyini qeyd edib:
"Bu səhvləri düzəltmək üçün üzərində işləyəcəyik. Qarşıda dünya çempionatı var və düşünürəm ki, idmançılarım bu müddət ərzində səhvlərini aradan qaldıracaqlar".