Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tennisdə son 30 ilin tarixi hadisəsi qeydə alındı
İyulun 2-də Uimbldon turnirində tarixi hadisə qeydə alınıb.
1994-cü ildən bəri ilk dəfə olaraq turnirin mövcud çempionu titulunu birinci mərhələdə müdafiə edə bilməyərək uduzub.
Dünyanın altıncı raketkası çexiyalı Marketa Vondrouşova Uimbldonun startında sensasiyalı şəkildə dünyanın 83-cü raketkası ispan Cessika Buzas Maneyroya 4:6, 2:6 hesabı ilə məğlub olub.
Sonuncu dəfə əfsanəvi Şteffi Qraf 1994-cü ildə Laura Makneylə məğlub olaraq ilk mərhələdə mübarizəni dayandırıb.
Mənbə: championat.com
"Tennis" teqi üzrə xəbərlər
Ən çox oxunanlar