"Trabzonspor" - "Beşiktaş" qarşılaşmasının gedişində oyunçulardan biri mübarizə epizodundan sonra yerdə hərəkətsiz qalıb. Bu, azarkeşlərin və futbolçuların təlaş keçirməsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, matçın 88-ci dəqiqəsində "Qara dəniz" təmsilçisinin heyətində Cihan Çanak rəqibi Feliks Udokai ilə mübarizə zamanı yerə yıxılıb və hərəkətsiz qalıb. Gənc futbolçu oyuna davam edə bilməyib və onun yerinə meydana Ozan Tufan daxil olub.
Klubun rəsmi səhifəsində Cihan Çanakın vəziyyəti ilə bağlı məlumat yayılıb və müayinədən sonra futbolçuda ciddi sağlamlıq probleminin aşkarlanmadığı bildirilib.
Qeyd edək ki, "Trabzonspor" - "Beşiktaş" görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Rəylər