"Turan Tovuz" futbolçusu Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın "Kyoto" komandası ilə razılıq əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Asiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Aleks Souza Premyer Liqada "Turan Tovuz"un forması ilə 66 oyuna çıxıb.