Türkiyədə təşkil edilən ciu-citsu turnirində olduqca maraqlı hadisə qeydə alınıb: idmançılardan birinin azyaşlı oğlu döyüş getdiyi vaxt qəfildən rinqə qaçaraq atasını qucaqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RT na russkom" "Telegram" kanalı yayımlayıb.
Uşaq rinqdən kənarlaşdırıldıqdan sonra davam edən qarşılaşmada onun atası yekunda qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, sözügedən qeyri-adi hadisə İstanbul şəhərində baş tutan Braziliya ciu-citsusu üzrə yarışda yaşanıb.
Qaynar xətt:
(055) 224 12 12