Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdi
"Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransanın "L"equipe" qəzeti yazıb.
"Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil", - Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib.
Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.
"Yusuf Dikeç" teqi üzrə xəbərlər
- Türkiyəli atıcı Yusuf Dikeç "muzdlu qatil" imiş
- Türkiyədə Yusuf Dikeçə bənzəyən robotlar hazırlandı
- Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür etdi
- Paris-2024-də əks-səda yaradan türkiyəli atıcı Yusuf Dikeç: "Tənqidi fikirlər səsləndirirlər"
- Mask əli cibində gümüş medal qazanan Yusuf Dikeçin süni intellektlə yaradılmış videosunu yayımladı