Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Üçqat dünya çempionumuz İrina Zaretskaya tatamiyə qayıdır
Karate üzrə üçqat dünya çempionu İrina Zaretskaya tatamiyə qayıdır.
Oxu.Az xəbər verir ki, analıq məzuniyyətindən sonra məşqləri bərpa edən Azərbaycan millisinin aparıcı idmançısı Premyer Liqanın üçüncü mərhələsində iştirak etmək niyyətindədir.
Yarış aprelin 18-20-də Misirin paytaxtı Qahirədə keçiriləcək və Zaretskayanın adı da iştirakçılar siyahısında qeyd olunub.
Azərbaycan komandasının heyətində həmçinin Aminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) da yer alıblar.
"İrina Zaretskaya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar