İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, keçirilən püşkatmaya 1/4 final mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 16 klub qatılıb.
UEFA Avropa Liqası
1/8 final mərhələsi
"Bolonya" - "Roma";
"Genk" - "Frayburq";
"Ştutqart" - "Portu";
"Ferentsvaroş" - "Braqa";
"Panatinaikos"- "Real Betis";
"Nottingem Forest" - "Midtyulland";
"Lill" - "Aston Villa";
"Selta Viqo" - "Lion".
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 12-də və 19-da keçiriləcək.
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Bu raundda Liqa mərhələsini ilk 8-likdə başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.
"Lion", "Aston Villa", "Midtyulland", " Real Betis", "Portu", "Braqa", "Frayburq", "Roma" Liqa mərhələsini ilk 8 sırada bitirən komandalardır.
"Genk", "Bolonya", "Ştutqart", "Ferentsvaroş", "Nottingem Forest", "Selta", "Lill", "Panatinaikos" isə pley-off mərhələsində qalib gələrək 1/8-ə yüksələn klublardır.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 12-də və 19-da keçiriləcək.
