Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarına iki qarşılaşma ilə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, "Barselona" klubu "Borussiya Dortmund"u, PSJ isə "Aston Villa"nı qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, dünən baş tutan ilk oyun günündə "Arsenal" doğma meydanda "Real Madrid"i 3 cavabsız qolla məğlub edib. "Bavariya" isə matçın favoriti hesab olunmasına baxmayaraq, öz meydanında "İnter"lə bacarmayıb - 1:2.
Qeyd edək ki, tərəflər arasında cavab görüşləri bir həftə sonra aprel ayının 15 və 16-da keçiriləcək.
9 aprel
UEFA Çempionlar Liqası
Dörddəbir final mərhələsi
Saat 23:00, "Barselona" - "Borussiya Dortmund";
Saat 23:00, PSJ - "Aston Villa".