"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan kollektiv 1:6 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
Oyunda yeddinci qol vurulub.
Oxu.Az xəbər verir ki, "Nyukasl" hesab fərqini artırıb - 1:6.
"Qarabağ" qollardan birinin əvəzini çıxa bilir.
Oxu.Az xəbər verir ki, Elvin Cəfərquliyev dəqiq oynayıb - 1:5.
Matçda beşinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon penaltini dəqiq yerinə yetirərək özünün dördüncü, komandasının beşinci qolunu vurub - 0:5.
Matçda dördüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon özünün üçüncü, komandasının dördüncü qolunu qapıdan keçirib - 0:4.
Matçda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon penaltini dəqiq yerinə yetirib - 0:3.
Matçda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində Malik Tşau hesab fərqini artırıb - 0:2.
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon fərqlənib - 0:1.
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı ilk oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun başlayıb.
Daha çox foto burada: PhotoStock.az
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.
Oxu.Az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu
Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə keçiriləcək.