UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Skopyenin "Todor Proeski" stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 18-ci dəqiqədə Toral Bayramov vurub. O, Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmada hesabı açıb.
Oxu.Az xəbər verir ki, ağdamlıların heyətində qolu 18-ci dəqiqədə Toral Bayramov vurub.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, Skopye şəhərində keçirilən görüşü slovakiyalı hakim İvan Krujliyak idarə edir.
UEFA Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz "Qarabağ" bu gün pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizədə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında keçiriləcək cavab görüşü isə bir həftə sonra avqust ayının 12-də Bakıda baş tutacaq.
5 Avqust
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
Saat 22:00, "Şkendiya" - "Qarabağ"