UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən çox qol vuran və ən çox məhsuldar ötürmə verən futbolçuları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "Barselona"nın cinah oyunçusu Rafinya və "Borussiya Dortmund"un mərkəz hücumçusu Seru Qirassi turnirin bombardiri olublar.
Hər iki futbolçu 13 qol vurub. Rafinya Çempionlar Liqasının ən yaxşı assistent yarışında da birinci yeri tutub. Onun hesabında doqquz məhsuldar ötürmə var. PSJ-nin cinah oyunçusu Usman Dembele (6) assistentlər yarışında ikinci olub.
UEFA Çempionlar Liqasının 2024/20025 mövsümünün bombardirləri:
Rafinya ("Barselona") və Seru Qirassi ("Borussiya") - 13;
Robert Levandovski ("Barselona") və Harri Keyn ("Bavariya") - 11;
Lautaro Martines ("İnter") - 9;
Usman Dembele (PSJ), Erlinq Haaland ("Mançester Siti") və Vinisius Junior ("Real Madrid) - 8.
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən yaxşı assistentləri:
Rafinya ("Barselona") - 9;
Usman Dembele (PSJ) - 6;
Coşua Kimmix ("Bavariya"), Davide Dzappakosta ("Atalanta"), Yulian Brandt ("Borussiya Dortmund"), Jeremi Frimponq ("Bayer"), İqor Payşao ("Feyenoord"), Əşrəf Hakimi ("PSJ"), Seru Qirassi ("Borussiya Dortmund"), Şarl de Ketelare ("Atalanta") - 5.