UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçları yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ikinci oyun günü daha dörd oyun keçirilib.
"Qarabağ"ın potensial rəqibləri də bu gün meydana çıxıblar. "Şelburn" İrlandiyada "Linfild"i qəbul edib. Görüşün taleyini bir qol həll edib. Meydan sahiblərini fasilədən sonra fərqləniblər.
Nəticələri təqdim edirik:
"Jalgiris" (Litva) - "Hamrun Spartans" (Malta) - 2:0;
FKSB (Rumıniya) - "İnter Eskaldes" (Andorra) - 3:1;
"Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) - 1:0;
"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) - 1:0.
Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək.