"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Əlincə sradionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
"Bayquşlar"ın qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub.
Qeyd edək ki, "Sabah" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Çelsi"nin U-19 komandası ilə oyunda böyükhesablı məğlubiyyətlə üzləşib.
"Azərsun Arena"da keçirilən matç London təmsilçisinin 0-5 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" və "Sabah" klublarının U-19 komandaları UEFA Gənclər Liqası turnirində bu gün növbəti oyunlarını keçirəcəklər.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
"Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək. "Çelsi" klubunun U-19 komandası 9 xalla 5-ci, hər üç görüşdə uduzan "Qarabağ"ın gəncləri isə 35-cidirlər.
"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. "Əlincə" stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq. "Sabah" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.