Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Millətlər Liqası: Fransa yığması İtaliya sınağından məğlub çıxdı
Fransa və İtaliya millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 1-ci turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Parisdəki "Park de Prens" stadionunda baş tutub. Görüşün baş hakimi qismində Sandro Şerer (İsveçrə) çıxış edib. Matç 1:3 hesabı ilə İtaliya yığmasının xeyrinə başa çatıb.
İlk dəqiqədə fransalı hücumçu Bredli Barkola hesabı açıb. 30-cu dəqiqədə İtaliyanın müdafiəçisi Federiko Dimarko qapının sağ küncünə dəqiq zərbə endirib. Daha sonra 51-ci dəqiqədə Davide Frattezi fərqlənib. Cakomo Raspadori isə 74-cü dəqiqədə qol vuraraq italyanların qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, UEFA Millətlər Liqasının keçənilki qalibi İspaniya millisidir.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Azərbaycan millisinə xəbərdarlıq edib
- AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
- UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
- UEFA Estoniya Futbol Assosiasiyasını Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələdi
Rəylər