Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq İsveç millisinin heyəti açıqlanıb
İsveç seçməsinin UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı keçiriləcək matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Viktor Johansson, Kristoffer Nordfeldt, Jakob Videll Zettenrström;
Müdafiəçilər: Ludvig Augustinsson, Aleks Duqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlgren Egnel;
Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Bergvall, Jens Kajuste, Antoni Elanga, Niklas Eliasson, Viktor Qyokeres, Aleksandr İsak, Deyan Kuluşevski, Huqo Larsson, Sebastian Nanasi, Qustav Nilsson, Anton Satetros, Mattias Svanberg.
Azərbaycan - İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqası: Azərbaycan yığması Monteneqro ilə oyunda qələbəni əldən verdi
- Azərbaycan Amputant futbolçular arasında Millətlər Liqasına ev sahibliyi edə bilər
- Futbol üzrə Azərbaycan millisi Litva seçməsinin qonağı olacaq
- UEFA Millətlər Liqasının yarımfinal görüşlərinin keçiriləcəyi ölkə bəlli olub
- Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb