Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA rəhbəri yüksək maaş alan futbolçuları qınayıb
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin çətin oyun təqvimi ilə bağlı futbolçu və məşqçilərin şikayətlərinə cavab verib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun fikrincə, şikayətlər ən yüksək maaş alan futbolçulardan və sərəncamında 25 oyunçunun olduğu klublardan gəlir.
"Maaşı az olanlar və 11 futbolçudan ibarət heyəti olan klublar şikayət etmirlər. Onlar meydançaya çıxmağı sevirlər", - UEFA rəhbəri bildirib.
Xatırladaq ki, daha əvvəl "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri futbolçuların tətil etmə ehtimalı barədə danışmışdı. Onlar matçların sayının azaldılmasını tələb edə bilərlər.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Azərbaycana səfər edəcək
- AFFA rəsmisi "Fənərbağça"nın matçına təyinat aldı
- "Qalatasaray" Mourinyonu UEFA-ya şikayət etdi: İrqçilikdə ittiham edilir
- Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? - "Uşaq futbol oynayır, tribunadakı valideyni söyür"
- PSJ avrokuboklar tarixində yeni klub rekordunu yeniləyib