Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uruqvaylı futbolçu milli komanda karyerasını başa vurdu
ABŞ-nin "İnter Mayami" klubunun uruqvaylı futbolçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial media hesabından paylaşım edib.
Luis Suares paylaşımında cümə günü milli komanda ilə son oyununa çıxacağını bildirib.
Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib - 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.
"Luis Suares" teqi üzrə xəbərlər
- Lionel Messi və dünya futbol ulduzlarının Bakı səfəri başa çatdı
- Prezidentin nəvələri Lionel Messi ilə birlikdə şəkillərini paylaşıblar
- Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər
- "Qarabağ"ın hücumçusu Olavio Juninyo ən çox qol vuranların siyahısında ulduz futbolçuları qabaqlayıb
- Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər
Ən çox oxunanlar
Rəylər