Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vasili Berezutski: "ÇSKA-dan mənə təklif gəlməyib"
Bu barədə "Sabah" klubunun baş məşqçisi Vasili Berezutski ÇSKA-nın Moskvada UEFA kubokunda qazandığı qələbənin 20-ci ildönümü şərəfinə keçirilən oyundan sonra Rusiya mediasına açıqlama verib.
Oxu.Az xəbər verir ki, yoldaşlıq görüşündə iştirak edən Berezutski ÇSKA-nı çalışdıracağı ilə bağlı yayılan xəbərləri yalanlayıb.
"Sabah"da mənim üçün hər şey yaxşıdır, indi bir tur və kubokun finalı var. CSKA-nın baş məşqçisi? Mən gələcəyə baxa bilmirəm, bu dünyada hər şey mümkündür. Nikoliç məni ÇSKA-da işləməyə dəvət etməyib", - deyə V.Berezutski qeyd edib.
Qeyd edək ki, Vasili Berezutski 2024-cü il noyabrın 25-dən "Sabah"a rəhbərlik edir və onunla 2.5 illik müqavilə imzalanıb.
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah"ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib
- KİV: "Sabah"ın yeni baş məşqçisi litvalı olacaq
- UEFA Avropa Liqasının I təsnifat mərhələsinin bütün cütləri bəlli oldu
- "Sabah"ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki RƏQİBİ BƏLLİ OLDU
- "Sumqayıt" və "Sabah" klublarında baş məşqçi problemi nə zaman həll olunacaq?