Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Voleybol millimiz “tütünçülər”i məğlub etdi - FOTO
Yaponiyada keçirilən qadın voleybolu üzrə dünya çempionatının C qrupunda IV tur görüşlərinə start verilib.
Oxu.Az xəbər verir ki, millimiz autsayder Trinidad və Tobaqo yığması ilə qarşılaşıb və 3:0 qələbə qazanıb (29:27, 25:16, 25:17).
Millimizin üzvü Polina Rəhimova ötən görüşdə olduğu kimi, “tütünçülər”lə oyunda da yenə ən məhsuldar voleybolçu olub. O, millimizə 27 xal qazandırıb.
Qrupun digər görüşlərində bu gün Cənubi Koreya Rusiya və ABŞ Tailandla qarşılaşacaq. Bu qələbə sayəsində millimiz xalını altıya yüksəldib və IV sırada qərarlaşıb.
Qeyd edək ki, sabah millimiz qrupda sonuncu görüşünü Tailand millisinə qarşı keçirəcək. Bakı vaxtı ilə saat 14:20-də başlayacaq görüşdə qazanacağımız qələbə yığmamızı növbəti mərhələyə daşıyacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər