UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin iyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" matçı Xorvatiya idman mediasının gündəmindəki əsas mövzulardan biridir.
Oxu.Az xəbər ki, Xorvatiyanın məşhur idman saytı "Jutarnji.hr" oyunla bağlı məqalə dərc edərək, "Zirə" - "Hayduk" matçını "böyük döyüş" adlandırıb.
Portal "Polyud"da böyük döyüş olacaq" başlıqlı yazısında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun fikirlərinə geniş yer ayırıb. Yazıda bildirilir ki, "Polyud" stadionunda hazırlıqlar tam sürətlə davam edir.
"Hayduk"un yeni baş məşqçisi Qonsalo Qarsiyanın rəhbərliyi altında Konfrans Liqasının seçmə mərhələsindəki həlledici qarşılaşmaya hazırlıq gedir. Rəqib "Zirə"dir. Bakıda ilk oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Splitdə hesab bərabərdir - qələbə avrokuboklarda yola davam etmək, məğlubiyyət isə yenidən erkən mərhələlərdə Avropaya əlvida deməkdir".