2025/26 mövsümü üçün UEFA Çempionlar Liqasının liqa mərhələsində iştirak hüququna yiyələnən 16-cı komanda İtaliyanın "Atalanta" klubu olub.
Oxu.Az xəbər verir ki, "Atalanta" İtaliya A Seriyasının 36-cı turu çərçivəsində doğma meydanda "Roma"nı 2:1 hesabı ilə məğlub edib.
Berqamo təmsilçisi bu qələbə sayəsində tarixində beşinci dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
2019/20 mövsümündə dörddəbir finala kimi irəliləyən "Atalanta" 2025/26-cı illər Çempionlar Liqasında iştirakını təmin edən 16-cı komanda olub:
İngiltərə - "Liverpul";
İspaniya - "Barselona", "Real Madrid", "Atletiko Madrid";
İtaliya - "Napoli", "İnter", "Atalanta";
Almaniya - "Bavariya", "Bayer Leverkuzen";
Fransa - PSJ, "Marsel", "Monako";
Niderland - "Ayaks", PSV;
Çexiya - "Slaviya";
Yunanıstan - "Olimpiakos".