Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişi qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Okay Memişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxunub və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirib.
Okay Memiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb.
Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
- Vladimir Putin: "Xəzərin dayazlaşması məsələsini İlham Əliyev qaldırıb, dərhal onu dəstəkləmişəm"
- Bakıda ombudsmanların beynəlxalq simpoziumu keçirilib
- Azərbaycan prezidentindən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
- Pakistan prezidenti İlham Əliyevi təbrik etdi