"Zirə" klubu məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi səhifəsi məlumat yayıb.
Rəşad Sadıqovun köməkçisinin hansı səbəbdən "qartallar"dan getdiyi bəlli deyil.
Yaqublu karyerası ərzində "Səbail", "Neftçi", "Qarabağ" kimi klublarda çıxış edib.
O, 2020-ci ildən "Zirə"də Rəşad Sadıqovun köməkçisi idi.