Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Lüksemburqun “Differdanj” klubunun büdcəsi məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə rəqib klubun prezidenti Fabritsio Bey bəyan edib.
O, “Differdanj”ın büdcəsinin 1 milyon 300 min avro təşkil etdiyini söyləyib.
Qeyd edək ki, “Zirə” və “Differdanj” arasındakı ilk oyun iyunun 29-da “Dalğa Arena”da keçiriləcək.
L.Ə.