Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də superağıllı süni intellektə 500 milyard dollar sərmayə ayrıldı
ABŞ-də ağıllı neyron şəbəkələrini inkişaf etdirəcək superkompüterin yaradılması üçün 500 milyard dollar ayrılıb. Bunun üçün "OpenAI" süni intellekt tərtibatçısı, Yaponiyanın "SoftBank" konqlomeratı və ABŞ-nin "Oracle" proqram nəhəngi güclərini birləşdirirlər. "Stargate" adlanan layihənin məqsədi yeni nəsil süni intellektin inkişafıdır.
Oxu.Az-ın "Vzqlyad"a istinadla verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri Donald Tramp elan edib.
Onun sözlərinə görə, üç şirkətin hər biri 100 milyard dollar ilkin sərmayə qoyacaq və növbəti illərdə layihəyə ümumi investisiya həcmi yarım trilyon dollara çatacaq.
"Stargate" süni intellekt sahəsində inqilabi nailiyyətləri dəstəkləmək üçün fiziki və virtual infrastrukturun yaradılması ilə məşğul olacaq. Ölkəboyu böyük data mərkəzlərinin tikintisi planlaşdırılır, bu isə ABŞ-də 100 000-dən çox iş yeri deməkdir.
İlk 100 milyard dollarlıq tranş dünyanın ən böyük data mərkəzinin tikintisinə yönəldiləcək. Mərkəz Texasda yerləşəcək və burada "OpenAI" superkompüter üzərində işləyəcək.
Ağ Evdəki tədbirdə hər üç iştirakçı şirkətin rəhbərləri iştirak edib. Onlar süni intellektin səhiyyənin təkmilləşdirilməsi və bəşəriyyətin ən mürəkkəb problemlərinin həlli üçün böyük potensialını vurğulayıb.
Adları hələ açıqlanmayan digər investorların da təşəbbüsə qoşulması gözlənilir.
"OpenAI" teqi üzrə xəbərlər
- Tramp andiçmə mərasimi üçün rekord məbləğ topladı
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- "ChatGPT"nin rəhbəri ilə bağlı qalmaqal: Bacısı onu cinsi təcavüzdə ittiham etdi
- "Cybertruck"ı partladan amerikalı cinayəti "ChatGPT" vasitəsilə hazırlayıb
- "ChatGPT" yeni funksiyası ilə "Google"a meydan oxuyur
Rəylər