Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı və “Huawei” şirkətinin sponsorluğu ilə “Bakutel-2016” beynəlxalq telekommunikasiya və informasiya texnilogiyaları sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, “Huawei” və digər qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində “İKT strategiyası və “Əşyaların İnternet”nə dair Planlar”, “Əşyaların İnterneti” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunur.
Qeyd edək ki, konfransda Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də çıxış edəcək.
Ülviyyə R. Əli
www.oxu.az