Bakı şəhərində pulsuz “Wi-Fi” şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.
“Public Free Wi-Fi” layihəsini reallaşdıracaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: “İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və “İçərişəhər” dövlət qoruğunda ictimai pulsuz “Wi-Fi” şəbəkəsi tətbiq olunacaq”.
Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.
A.M.