Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dəri altında kriptovalyuta - Fantastikadan reallığa
ABŞ-nin "VivoKey" və "Dangerous Things" şirkətləri insan bədəninə implant kimi əlavə edilə bilən "Apex" adlı kriptovalyuta pulqabısı hazırlayıb.
Bu barədə Oxu.Az "Decrypt"ə istinadla məlumat verir.
Bildirilir ki, kriptovalyuta əməliyyatlarının emalı birbaşa implant edilmiş çipin daxilində həyata keçirilir.
Həb ölçüsündə olan "Apex" pulqabısı "bitcoin"lərə çıxış üçün lazım olan məlumatları saxlamaqdan ötrü insan dərisinin altına implant edilən çiplərdən istifadə edir. Çipdən gələn siqnallar smartfonlar, ya digər cihazlar tərəfindən oxunur və sahibinə əməliyyatlar aparmağa imkan verir.
Kriptopulqabı bir neçə kriptovalyutanı dəstəkləyir, onların açarları birbaşa implant edilmiş cihazda saxlanılır. Cihaz, həmçinin "Satochip" pulqabısını, "Seedkeeper" tətbiqini və müxtəlif blokçeynlərdə "Status IM" yaddaş kartı pulqabını dəstəkləyir.
"Apex"in qiyməti 349 dollardır.
Qeyd edək ki, "Apex" biohakinq sahəsindən olan bir məhsuldur - biohakerlər implant edilə bilən çiplərdən qapıları açmaqdan tutmuş alış-verişə qədər müxtəlif məqsədlər üçün istifadə edirlər.
Rəylər