Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Google" Azərbaycan bayrağının rənglərində "doodle" hazırlayıb
Məşhur "Google" axtarış sistemi Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində xüsusi "doodle" hazırlayaraq özünəməxsus şəkildə təbrik edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan bayrağını kliklədikdə "Azərbaycanda Müstəqilliyin Bərpası Günü" ilə bağlı informasiyaların yer aldığı saytlara və xəbər agentliklərinin səhifələrinə keçid edilir.
Qeyd edək ki, "doodle" "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələrə həsr olunmuş xüsusi simvolik illüstrasiyalardır.
Qeyd edək ki, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.
Xatırladaq ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
"Google" teqi üzrə xəbərlər
- Smartfon öz sahibinin çılpaq videosunu onun yaxınlarına göndərdi
- "Google" bir milyon polyaka süni intellekt ilə işləməyi öyrədəcək
- Meksika hökuməti "Google"u məhkəməyə verə bilər
- Meksika körfəzi yeni adı ilə "Google" xəritələrində rəsmi şəkildə görünməyə başladı
- Xəzər dənizinin dibi araşdırıldı: "Google Maps"də silueti əks olunan sirli gəmi aşkarlandımı?