Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Google” Hindistanda öz ödəniş sistemini işə salır
Hindistan ərazisində “Google Tez” ödəniş sistemi “Android Pay”in uğurlu alternativi ola bilər.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bütün dünyada tanınmış “Android Pay” ödəniş sistemi Hindistanda özünü doğrultmayıb.
Çünki yeni lokal kontaktlı ödənişlər xidməti ölkədə UMI, “Paytm” və “MobiKwik” kimi rəqiblərlə rəqabət aparmalı olub.
Mütəxəssislər “Google” şirkətinin ödəniş sisteminin tez bir zamanda populyarlığının artacağını proqnozlaşdırırlar.
Qeyd etmək lazımdır ki, bu gün Hindistan ən perspektivli bazarlardan biri hesab edilir. Mütəxəssislərin proqnozlarına əsasən, Hindistanda rəqəmsal ödənişlər bazarı 2020-ci ilə qədər 10 dəfə artacaq və 500 milyard ABŞ dollarına çatacaq.
L.Ə.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb
- Hindistan baş nazirini 8 martda iki mindən çox qadın qoruyacaq