Cənubi Koreyalı texnologiya istehsalçısı gözdən əlil insanlar üçün ixtira olunmuş dünyanın Braille əlifbası ilə işləyən ağıllı saatı təqdim edib.
Oxu.Az xəbər verir ki, saat blutuz vasitəsilə ilə ağıllı telefonlarla sinxronizasiya olunaraq həmin cihazlara gələn istənilən teksti braille əlifbasına çevirir.
Bundan əlavə istifadəçilərin mesaj göndərə bilməsi üçün də saatın yan tərəflərində düymələr qoyulub.
Ağıllı saat üzərində 3 ildir gedən çalışmalar sonda bitib. Bu il ərzində istehsalçı şirkət 100 000 saat satmağı hədəfləyib. Cihazın qiyməti isə 320 dollar olacaq.
İsmayıl Nur