ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın qalibi olan komanda ilə görüşüblər.
Bu barədə nazir özünün “Facebook” hesabında məlumat verib.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində keçirilən “Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi ADA Universitetinin “FingerTalk” komandası olub. Universitetin rektoru, professor Hafiz Paşayevlə birlikdə komanda üzvləri ilə görüşdük. Gəncləri bir daha təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladıq”, - deyə nazir əlavə edib.