Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Emin Hacıyevin sədrliyi ilə MDB Gənclər Parlamentlərarası Assambleyasının iclası keçirilir - FOTO
Cari ilin 9-10 iyun tarixlərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçirilir.
Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib.
Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.
“Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçiriləcək MDB Gənclər Parlamentlərarası Foruma Milli Məclisin üzvü Emin Hacıyev sədrlik edəcək. Forum MDB Parlamentlərarası Assambleyasının 30 illiyi və MDB Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına ünvanladığı salamlama nitqi səsləndirilib.
Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda “MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq və MDB ölkələrinin ortaq maraqları” mövzularında məruzələr dinləniləcək. Burada deputatımız Nigar Arpadarai gənclər siyasəti və gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri mövzusunda çıxış edəcək.
Deputat Emin Hacıyevin koordinatoru olduğu MDB Gənclər Parlamentlərarası Assambleyasının iclasında MDB-yə üzv ölkələrdə “Mənim nəsil şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Milli Məclisin üzvü Könül Nurullayeva tədbirdə mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusunda fikirlərini açıqlayacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib