Amerikalı sahibkar İlon Mask özünün "xAI" şirkətinin yeni süni intellekt modelləri - "Grok 4.6" və "Grok 4.7"nin çıxacağını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"Grok 4.6"nın buraxılışı təxminən avqustun 7-nə planlaşdırılır. Bu, mühüm dərəcədə təkmilləşdirilmiş SFT və RL (təlim üsulları - red.) əsasında 1.5 trilyon parametrlik model olacaq", - deyə Mask qeyd edib.
O əlavə edib ki, 2.1 trilyon parametr əsasında hazırlanan "Grok 4.7" modeli "Grok 4.6"dan bir neçə həftə sonra işıq üzü görəcək.
Qeyd edək ki, "xAI" şirkəti 2023-cü ilin noyabrında təqdim edilən "Grok" süni intellektinin işlənib hazırlanması ilə məşğul olur.